"Sportinq" baş məşqçisi ilə yolları ayırdı

"Sportinq" baş məşqçisi ilə yolları ayırdı
DÜNYA FUTBOLU 4 Sentyabr 2019 / 09:55 2342
-  A +

"Sportinq" baş məşqçi Marsel Kayzerlə yolları ayırıb.

Qol.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, çempionatda istənilən kimi çıxış etməyən klubun rəhbərliyi  50 yaşlı mütəxəssisi istefaya göndərib. Onu əvvəllər klubun gənclər komandasına rəhbərlik etmiş Leonel Ponteş müvəqqəti əvəzləyib.

Qeyd edək ki, "Sportinq" çempionatda 4 turdan sonra 7 xalla 5-ci yeri tutur. Kayzer "Sportinq"i 2018-ci ilin noyabrından çalışdırırdı.

Son xəbərlər