Zlatandan növbəti iddialı açıqlama - "İnsan deyiləm, aslanam"

Zlatandan növbəti iddialı açıqlama -  "İnsan deyiləm, aslanam"
DÜNYA FUTBOLU 28 Avqust 2019 / 12:27 3481
-  A +

"Mən insan deyiləm, aslanam. Aslan hələ də nərildəyir. Mən indi də İngiltərə Premyer Liqasında rahatlıqla oynaya bilərəm".
 
Qol.az xəbər verir ki, bu sözləri "Los-Anceles Qalaksi"nin kapitanı Zlatan İbrahimoviç deyib.

İsveçli hücumçu "Mirror"a açıqlamasında Avropaya qayıtmağa hazır olduğunu bildirib: "Əgər "Mançester Yunayted"ə lazım olsam, burdayam. Ancaq indi "Qalaksi"dəyəm və bu komandanın uğurlarını düşünürəm.

Mən Avropada öz işimi görmüşəm. 33 titul qazanmışam. Ümid edirəm ki, ABŞ-da da hər şey qazana bilərəm. Sonra isə karyeramı harada bitirəcəyimi görəcəyik".

38 yaşlı forvard sabiq klubu "Mançester Yunayted"in oyunlarını izlədiyini qeyd edib: "Onların oyunlarını izləyirəm. Son matçlarına da baxdım. Penaltini vursaydılar, fərqli oyun olardı".

Xatırladaq ki, İbrahimoviç 2016-2018-ci illərdə "Mançester Yunayted"də çıxış edib.

Son xəbərlər