“Sabah”ın Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçisi Hendrik Eksteyn Azərbaycana gələndən oyun üslubunun dəyişdiyini açıqlayıb.
Qol.az xəbər verir ki, 28 yaşlı oyunçu CAR-ın “Sowetan Live” nəşrinə müsahibəsində bundan əvvəlki klubu “Kayzer Çifs”dəki çıxışı ilə “Sabah”dakı oyununun fərqləndiyini bildirib: “Sabah”da məndən topu uzun müddət çox saxlamağı istəmirlər. Top daima hərəkətdə olmalıdır. Məşqlərdə də biz topa bir-iki toxunuş edirik”.
Eksteyn Azərbaycan çempionatında driblinq və digər texniki hərəkətlərin mühüm olmadığını da vurğulayıb: “Onlar driblinq etməyimi istəmirlər. Azarkeşlər, rəqib belə hərəkətlərlə digər oyunçuları utandırmağı xoş qarşılamırlar”.
Bununla yanaşı yarımmüdafiəçi “Neftçi” ilə ilk turdakı 1:1 hesabı ilə nəticələnən matçdan da danışıb: “İlk turda “Sabah”ın heyətində yaxşı oyun sərgilədim. Bir məhsuldar ötürmə etdim. Əlbəttə, Azərbaycandakı ilk matçımda qələbə qazanmaq istərdim. Ancaq mövcud vəziyyətdən şadam. Azərbaycan çempionatı CAR çempionatından fərqlənmir. Oyun üslublarında da ciddi fərq yoxdur. Ümumilikdə futbol elə futboldur. Əsas oyun üslubu olaraq topa bir-iki toxunuş etməkdir. Buradakı oyunçular cəld oynamağı sevirlər”.
Azərbaycana ilk dəfə gələn oyunçu buradakı mühitə, dilə, mədəniyyətə uyğunlaşma prosesi haqda da danışıb: “Azərbaycanda çox az adam ingiliscə danışır. Mən vaxtımın əksər hissəsini məşqdə və evimdə keçirirəm”.
Qeyd edək ki, Hendrik Eksteyn bu yay “Sabah”ın heyətinə cəlb olunub.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı