"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp

"Koutinyonu almağa pulumuz çatmadı" -  Klopp
DÜNYA FUTBOLU 22 Avqust 2019 / 16:29 4768
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis "Koutinyou niyə yenidən transfer etmədiniz" sualını belə cavablandırıb:

"Onunla maraqlandığımızı deyə bilərəm. Sizə bir az gülməli və qəribə gələ bilər, ancaq pulumuz çatmadı. Onsuz da Koutinyonun satışından qazandığımız pulu çoxdan xərcləmişdik".

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçərkən klubuna 160 milyon avro qazandırmışdı. 

Son xəbərlər