Hazard zədələndi

Hazard zədələndi
DÜNYA FUTBOLU 16 Avqust 2019 / 17:20 3459
-  A +

"Real"ın yeni transferi Eden Hazard sıradan çıxıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi məşq zamanı zədələnib. Tibbi müayindən keçən futbolçuya sağ budunda əzələ zədəsi diaqnozu qoyulub.

Onun La Liqada yeni mövsümün ilk turunda sabah "Selta" ilə keçiriləcək görüşdə meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, "Selta" - "Real" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər