“Liverpul”un qəhrəmanı haqqında maraqlı fakt

“Liverpul”un  qəhrəmanı haqqında maraqlı fakt
DÜNYA FUTBOLU 15 Avqust 2019 / 13:14 5639
-  A +

“Liverpul”un qapıçısı Adrian UEFA Super Kubokunda sonuncu penalti zərbəsini dəf etməklə diqqətləri cəlb etdi.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, gecənin qəhrəmanı Adrian kluba qoşulduğu doqquzuncu günündə ilk titulunu qazanıb.

Ötən mövsümün sonundan -  "Vest Hem"dən ayrıldıqdan indiyədək klubsuz olan qapıçı bu məqamı “ədalətli oyun” adlandırıb: “Kuboku qazanmaq möhtəşəm hissdir, əldə olunan qələbə məni ikiqat xoşbəxt etdi. Ötən gecə bizə dəstək olan azarkeşlər və komanda yoldaşlarımla fəxr edirəm. Qapıçısansa, hər bir şeyə hazır olmalısan”.

Qeyd edək ki, ötən gecə Adrian zədəli olan komandanın əsas qapıçısı Alisson Bekeri əvəzləyib.

Son xəbərlər