"İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır".
Bu sözləri İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə sabah keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsinin nə dərəcədə uğurlu olduğunu sabah biləcəklər: "Çünki biz hələ bu mübarizənin birinci hissəsini oynamışıq. "Neftçi"nin çox yaxşı oyunçuları var, yaxşı komandadır. Rəqibin əsas üstünlüyü mövsümdə 6-cı matçlarına çıxmasıdır. Bizdə isə bu, yalnız ikinci oyundur".
İsrailli məşqçi əks-hücum taktikasını rəqibə uyğun qurduqlarını bildirib: "Biz böyük qüvvə ilə hücuma çıxırdıq. Məqsəd ilk matçdakı nəticəni qorumaqdan ibarət olmayacaq, əksinə, doğma publika önündə daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Təəssüf ki, ilk matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, üstünlüyümüzü qoruya bilmədik".
Abukasis heç vaxt 2:2 hesablı nəticəni yaxşı saymadığını da sözlərinə əlavə edib: "Qələbəni əldən verməyimizi yaxşı nəticə saymırıq. Bəlkə oyun 2:0 hesabı ilə bitsəydi, bunu üstünlük sayardıq. Bakıdakı oyunadək hesabın 2:2 olacağını desəydilər, bununla razılaşardıq".
Mütəxəssis daha çox gələcək haqqında danışmaq istədiyini vurğulayıb: "İlk növbədə, sabahkı oyunda qələbə qazanmalıyıq ki, növbəti mərhələyə adlayaq. "Neftçi"ni mübarizədən kənarlaşdırsaq, bu, bizim üçün böyük nəticə sayılacaq. Çünki bu cütün görüşlərinədək hamı "Neftçi"ni favorit sayırdı".
"Neftçi"nin bir neçə oyununa baxmışdım. Görmüşdüm ki, bir neçə dəyişiklik edirlər. Ümumilikdə, müasir futbolda çoxlu dəyişiklik etmək çətindir".
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2(Report).
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video
İkardi “Milan”a keçə bilər
Ronaldo "Forsaj"a çəkiləcək
Rüfət Abdullazadənin komandası uduzdu
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü
Cəlal oynadı, komandası 1/4 finala yüksəldi
"Qarabağ"ın oyununun biletləri satışda
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video