“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə görüş haqda danışıb.
- Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq.
- Ardıcıl 4 oyunda qalib gəlmək sizi arxayınlaşdırmışdı?
-İnanmıram ki, arxayınlıq olsun. Başa düşürdük ki, bu, üçüncü təsnifat mərhələsidir. Bizi 13 min azarkeş dəstəkləməyə gəlmişdi. Bütün oyun ərzində bizi irəli aparırdılar. Buna görə də bizdə arxayınlıq olmalı deyildi. Çalışarıq ki, cavab matçında daha yaxşı oynayaq və nəticə ilə dönək.
- Əvvəlki 2 mərhələdə qol buraxmayan “Neftçi” bu gün iki qol buraxdı. Bunun səbəbini nədə görürsüz? Bunun səbəbi nə idi?
- Düşünürəm ki, oyuna nəzarəti itirmişdik. Əks-hücumlardan qollar buraxdıq. Onlar bu sistemdə oynayırdılar. Bizim üçün onların oyunu çox problem idi.
- Nəticəni ədalətli hesab edirsiniz?
- Ədalətlidir. Nəticə həmişə ədalətli olur. İkinci oyunda qalib gəlməliyik.
- Buna gücünüz yetəcək?
- Gücümüzün çatmayacağını düşünsək, gərək heç ikinci matçda meydana çıxmayaq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək