"Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi".
Qol.az xəbər verir ki, bu sözləri "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda keçirilən oyunundan (2:2) sonra mətbuat konfransında deyib.
- İkinci hissədə sadəcə müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.
- İndiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız?
- Növbəti sual...
- Mən də həmin sualı verirəm.
- Növbəti sual...
- Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Futbolçularınız daha çox vaxt uzadırdı. Bu, sizin tapşırığınız idi?
- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Yenə belə suallar versəniz, mətbuat konfransını tərk edəcəm.
- Evdə də müdafiə futbolu oynayacaqsınız?
- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.
- Bu hesabdan sonra şansları yenə 50/50-ə sayırsınız?
- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadır. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Oradakı matçın necə nəticələnəcəyini həyat göstərəcək.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!