"Qarabağ" Kiprdə APOEL-ə qalib gəldi

"Qarabağ" Kiprdə APOEL-ə qalib gəldi
ÖLKƏ FUTBOLU 6 Avqust 2019 / 22:54 15889
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşıb. Ağdam təmsilçisi səfər matçından inamlı qələbə ilə ayrılıb - 2:1. 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda olacaq. "Qarabağ" Kipr klubunu mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi
 
21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar:
Mahir Emreli, 54 (0:1), Maqaye Qeye, 70 (0:2), Merkis, 90+5 (1:2)
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

Daha çox


Son xəbərlər