UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyununun biletləri bu gün satışa çıxarılıb.
Qol.az "Neftçi"nin saytına istinadən xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.
Saat 16:00-dan sonra isə biletlər “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışda olacaq. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.
Xatırladaq ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.
“Sumqayıt” 50-yə çatdı
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?
"Leyptsiq" azarkeşi oyundan əvvəl vəfat etdi
Maradonanın tarixi qolu üçün xüsusi sikkə buraxıldı
AFFA rəsmisinə UEFA-dan təyinat verilib
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı