"Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi" - Mostovoy

"Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi" -  Mostovoy
ÖLKƏ FUTBOLU 2 Avqust 2019 / 11:00 7210
-  A +

"Düzü,  "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm. Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdir".

Qol.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy yerli mətbuata açıqlamasında deyib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin hər iki görüşdə Rusiyanın "Arsenal" klubuna qalib gəlməsini dəyərləndirən veteran futbolçu təmsilçimizin layiqli qələbə qazandığını bildirib: "Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".

Xatırladaq ki, "Neftçi" Tuladakı görüşdə 1:0, ötən gün Bakıda keçirilən matçda isə "Arsenal"ı 3:0 hesabı ilə məğlub edərək 3-cü mərhələyə yüksəlib.

Daha çox


Son xəbərlər