"Neftçi"dən əla göstərici

"Neftçi"dən əla göstərici
ÖLKƏ FUTBOLU 1 Avqust 2019 / 23:04 8244
-  A +

“Neftçi” bu mövsüm Avropa Liqasına uğurlu start verib.

Qol.az xəbər verir ki, artıq 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “ağ-qaralar” ardıcıl 4 oyunda qalib gəlib. Paytaxt təmsilçisi keçirdiyi 4 görüşdə qapısından qol buraxmayıb. Əvəzində isə Roberto Bordinin komandası rəqib  qapılarından 13 top keçirib ki, bu da orta hesabla hər oyuna 3.25 qol edir.

Xatırladaq ki, bu gün Rusiyanın “Arsenal” klubuna 3 cavabsız qolla qalib gələn (ilk oyun -1:0) “Neftçi” 1-ci mərhələdə Moldova təmsilçisi “Sperantsa”nı (3:0, 6:0) mübarizədən kənarlaşdırıb.

Daha çox


Son xəbərlər