"Qarabağ"ın oyununda anşlaq

"Qarabağ"ın oyununda anşlaq
ÖLKƏ FUTBOLU 31 İyul 2019 / 12:04 5803
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Dundalk" oyununda anşlaq olacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a veridiyi məlumata görə, qiyməti 2, 5 və 10 manat olan standart biletlərin hamısı satılıb. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.

Qeyd edək ki, görüşün keçiriləcəyi "Dalğa Arena"  5700 nəfər  azarkeş tutumuna malikdir.

Xatırladaq ki, "Qarabağ"ın İrlandiya çempionu ilə görüşü saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər