Tula “Arsenal”ının baş məşqçisi İqor Çerevçenko Rusiya Premyer Liqasının üçüncü turunda evdə “Rostov”a 2:3 hesablı məğlubiyyəti şərh edib.
Qol.az-ın xəbərinə görə, matçdan sonra keçirilən mətbuat konfransında o bildirib ki, heyətdə rotasiya etməsi “Neftçi” ilə qarşıdakı Avroliqanın təkrar görüşü səbəbindən olmayıb.
Çerevçenko heyətdə problemlərin olduğunu etiraf edib: “Rotasiya qərarını tibbi göstəricilərə görə verdik. Kombarovu qoruduq. Üstəgəl hücum xəttində problemimiz var. Cəmi bir hücumçumuz qalıb. Kanqva və Tudoriye sıradan çıxıb. Amma bu, bizim problemlərdir. Sabah (bu gün – red.) bazada komandayla görüşüb söhbət edəcəyik. Üç oyunda altı qol buraxmağımız məni narahat edir. Bu, təkcə müdafiəçilərin deyil, bütün komandanın və əlbəttə ki, məşqçilərin günahıdır”.
“Neftçi” ilə matç da daxil “Arsenal” Tulada son iki oyundakı məğlub olub. Çerevçenko deyib ki, bu vəziyyəti düzəltmək üçün dördüncü günə (“Neftçi” ilə Bakıda oyun – red.) vaxtları var: “Həmin günə kimi işləyəcəyik. Necə alınacağını qarşıdakı oyun göstərəcək. Məşqçilər və futbolçular durumu anlayır”.
Çerevçenko deyib ki, son üç matçda komandası birinci hissədə pis oynayıb: “Yalnız Samaradakı görüşün birinci hissədində rəqibi tam üstələyə bilmişdik. Futbolçularla birgə bu vəziyyətdən çıxacağıq. Aydın məsələdir ki, evdə dalbadal iki oyun uduzmaq xoş deyil. Amma biz birinci və sonuncu deyilik”.
“Arsenal”ın ehtiyat oyunçular skamyasının kasad olması və yeni transferlərin mümkünlüyü ilə bağlı suala isə baş məşqçi belə cavab verib: “Hadisələri qabaqlamaq istəmirəm. Biz bugünlə yaşayırıq. Amma istənilən məşqçi heyətinin güclü olmasını istəyər”.
Xatırladaq ki, Avropa Liqasının ikinci təfnifat mərhələsinin “Neftçi” – “Arsenal” matçı avqustun 1-i Bakıda olacaq.
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi
"Liverpul"la oyunu buraxacaqlar
"Roma" Dibalanı itirdi
Tovuz stadionunda işlər yekunlaşır - Video
“Qəbələ”nin futbolçusu dünya çempionatında
Benjamin Mendinin yeni klubu müəyyənləşdi
1-ci liqada daha bir turun oyunlarının vaxtı açıqlandı
"Bavariya"nın yeni formaları - Şəkillər
UEFA-dan Əliyar Ağayevə mühüm təyinat
Bundesliqa klubundan qovuldu
Xuan Mata klubunu dəyişdi
MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb
Jalə Əliyeva dünya çempionatında xalça üzərinə çıxır
"Benfika" - "Qarabağ" matçı bu kanalda
“Qarabağ”dan sürpriz gözləyirəm” - Anri
Kvaratsxeliya sabah oynayacaq?