"Yaxşı, mobil komandaya qarşı oynadıq. Analiz etmişdik və bilirdik ki, fiziki, atletik, həm də komanda şəklində hazırlıqlı komandadır. Bunu meydanda da göstərdilər ki, hazırda optimal formaddaırlar. Əbəs yerə Gürcüstan çempionatında lider deyil".
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə ev oyunundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin məşqçisi Zaur Həşimov deyib. Qarşılaşma ilə bağlı fikirlərini bildirən mütəxəssis 0:2 hesablı məğlubiyəti şərh edib:
"Komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı, Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Yaratdığımz bütün qol imkanları uzun ötürmələrdən sonra gerçəkləşdi. Hücum planında rəqibin arxasına ötürmələrlə yaxşı nəticə qazanmaq fikrimiz var idi. Belə ötürmələr əksər hallarda alınırdı. Amma son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu. İlk avrokubok matçına çıxdığı üçün ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçudur və qarşıdakı bir ildə komandaya xeyir verəcək".
Həşimov evdəki məğlubiyyətə baxmayaraq, səfərə qələbə dalınca gedəcəklərini söyləyib: "Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. “Dinamo” burda 2:0 hesabı ilə qələbə qazandı. Səfərə qalib gəlməyə gedəcəyik. Komandamızda gənc futbolçular var, akademiyadan yeni oyunçular götürmüşük, legionerlər gec qoşulublar. Deyə bilərəm ki, yeni mövsümdə çempionatda daha yaxşı səviyyəli, daha optimal “Qəbələ” görəcəyik”.
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
"Kəpəz", "Sumqayıt" və "Qəbələ" 1/4 finalda
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video
Sumqayıtda heyətlər açıqlandı
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
"Mövsümün sonuna kimi yatmaq yoxdur" - Kaxaber Tsxadadze
Belarus millisinin baş məşqçisi istefaya göndərildi
2030-cu ilə qədər Serbiya millisində
Emeri yeni rekordçu oldu
"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxdı
"Seltik" ona tapşırıldı
Azərbaycanda futbolçuya 14 oyunluq cəza verilib
"Sabah"ın sabiq baş məşqçisindən yeni xəbər
"Qəbələ" - "Şəfa": Heyətlər açıqlandı
AFFA Saşa İliç və Ayxan Abbasovu cəzalandırdı
Şota Arveladze istefaya göndərildi
Juninyonun transferinə görə bu klub "Qarabağ"a rəqib oldu
"Bəlkə məni tez yola salmaq istəyirlər?" - Bədavi Hüseynov
Arda 5 matçdan sonra ehtiyatda qaldı - Alonsodan münasibət
Merih Demiralla müqavilə uzadıldı
Neymar bu dəfə het-trik etdi
Juninyo Braziliya çempionu oldu
"Çelsi"dən gözlənilməz məğlubiyyət, "Liverpul" xilas oldu
"İnter", "Napoli" və "Atalanta" 1/4 finalda
“Trabzonspor” Türkiyə kubokunun növbəti mərhələsində
"Real" "Atletik"ə böyük hesabla qalib gəldi
Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı