FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası bir pillə irəliləyib. Xalı 1188 qalan millimiz 109-cu sıraya qalxıb.
Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 7-ci (-1), Uels (1514) 24-cü (-1), Slovakiya (1491) 31-ci (0), Macarıstan isə (1442) 45-ci (-3) pillədə yer alıb.
Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Braziliya 1726 xalla ikinci, Fransa 1718 xalla üçüncüdür.
"Karvan"da yeni müqavilə
"Qarabağ" - “Şkendiya” oyununun biletləri satışa çıxarılır
Bir gündə iki müqavilə
"Şamaxı"dan 10-cu transfer
“Şkendiya" çox istəkli və bərk komandadır” - Qurban Qurbanov
"Barselona"dan 5 cavabsız qol - Video
"Qalatasaray"ın futbolçusu Fransa klubuna keçdi
“Qarabağ” Skopyedədir - Şəkillər