"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər
ÖLKƏ FUTBOLU 21 İyul 2019 / 14:55 9184
-  A +

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Tula "Arsenal"ını mübarizədən kənarlaşdırsa, növbəti raundda səpələnmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Bakı klubu iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq. "Neftçi"nin mümkün rəqibləri arasında "Trabzonspor" və 1-ci təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya" kimi klublar da var.


Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Sparta" (Praqa, Çexiya)

"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi

"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi

AEK (Yunanıstan)

"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi

"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

"Trabzonspor" (Tükiyə)

"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi

"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi

"Bney Yehuda" (Tel-Əviv, İsrail)

"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi


Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk iyulun 25-də Tulada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra "Bakcell Arena"da olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord