"Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı. Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik. "Universitatya" favorit olsa da, klub da, prezidentimiz də gəncdir. Get-gedə oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdır. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdur".
Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Universitatya Krayova" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Gənc mütəxəssis bildirib ki, lazımi nəticə üçün mübarizə aparacaqlar: "Amma qol buraxdıqda gərək üç qol vuraq və rəqibi təəccübləndirək".
Hacıyev təkcə Elvin Yunuszadə deyil, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu və start heyətlə bağlı bugünkü məşqdən sonra qərar verəcəyini də əlavə edib: “İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.
Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya” barədə müsbət sözlər eşitdiyini vurğulayıb: “Bunu ilk oyun da göstərdi. Stadion da gözəldir, Tofiq Bəhramov adına Respublika stadionuna bənzəyir. İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.
Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb: “Sabah istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq” (Report).
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?