"Kloppun yeganə səhvi "Liverpul"u çalışdırmasıdır" - Runi

"Kloppun yeganə səhvi "Liverpul"u çalışdırmasıdır" -  Runi
DÜNYA FUTBOLU 16 İyul 2019 / 22:24 6572
-  A +

ABŞ-ın "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi "Liverpul"un baş məqşçisi Yurgen Klopp haqda danışıb.

Qol.az xəbər verir ki, ingilis futbolçu "Bild"ə açıqlamasında almaniyalı mütəxəssis haqda xoş sözlər deyib. "Mançester Yunayted"in sabiq futbolçusu söhbət zamanı "qırmzı şeytanlar"ın əzəli rəqiblərindən olan "Liverpul"a atmaca da atıb:

"Klopp hər bir futbolçunun işləmək istədiyi məşqçilərdəndir. Çünki futbolçular onun rəhbərli altında əyləncəli vaxt keçirirlər. Bir dəfə mən də Kloppla görüşdüm, çox əla insandır. Onun yeganə səhvi "Liverpul"u çalışdırmasıdır (gülümsəyir). Ona və karyerasına hörmətlə yanaşıram. Həqiqətən yaxşı məşqçidir. Uğurları hələ qabaqdadır".  

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki