Krauç karyerasını bitirdi

Krauç karyerasını bitirdi
DÜNYA FUTBOLU 12 İyul 2019 / 14:30 3114
-  A +

İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bunu 38 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlayıb.

"Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram" - deyə o bildirib.

Qeyd edək ki, dünyanın ən ucaboy futbolçularından biri olan (2.01 metr) Piter Krauç karyerası ərzində "Tottenhem" və "Liverpul" kimi klublarda da çıxış edib.

Son xəbərlər