"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacağı Moldova "Sperantsa"sı ilə oyundan öncə mətbuat konfransı keçirib.
- Sabahkı oyunla bağlı nə deyə bilərsiniz?
- Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. "Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.
- "Sperantsa"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odur ki, biz pomidor satırıq, onlar isə neft satırlar...
- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyəti yoxdur.
- Dabo və Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?
- Onlar ilk günlərdən bizimlə məşq eləmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddur.
- İkinci dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsınız. Birinci dəfəki oyundakı uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?
- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.
- "Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu yeni futbolçular üçün üstünlükdürmü?
- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdur.
- Sabahkı oyunda hansı nəticə sizi qane edir?
- Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, Avropa Liqası iki matçdan ibarətdir. Ehtiyatlı davranmalıyıq.
- Roberto Bordin amili "Neftçi' üçün üstünlükdür yoxsa, onu yaxşı tanıyan rəqib üçün?
- Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.
- Moldova çempionatını izləyirdinizmi?
- Moldovadan gedəndən sonra çempionatı o dərəcə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.
- "Forza Neftçi" azarkeş qrupu neçə km yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir (Report).
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə