"Bütün klublarımıza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq".
Qol.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın "Universitatya Krayova" klubuna qarşı keçirəcəkləri ilk matç haqqında danışarkən söyləyib.
38 yaşlı mütəxəssis "ASCO Arena"dakı mətbuat konfransında rəqibin güclü olduğunu bildirib: "Rəqib haqqında müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil".
Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur: "Səbail" 3 ildir yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdur. Mövsüm başlamazdan öncə rəhbərliklə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır. Bundan sonra səfər matçı haqqında düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdır. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidir. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik".
Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq (Report).
"Braqa"nın yetirməsi "Əl-İttihad"da
“Real" yalnız bizə hörmət edirdi”
"Şamaxı"dan yeni transfer - Rəsmi
Millimiz İslandiyaya qalib gəldi
Portuqaliya prezidenti Jota və Koştanı ordenlə təltif etdi
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da - Rəsmi
"Qvardiola dedi ki, heç kəs üçün asan olmayacaq"
Donnarumma “Mançester Siti”yə keçidindən danışdı
"Bayer" onu icarəyə verməyə razı oldu
"Barselona"da itki
"Atletiko"nun futbolçusu 4 həftə oynamayacaq
"Milan" onu satır
Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
Tovuz şəhər stadionunun son durumu - Şəkillər
"Neftçi"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Millimiz Reykyavikdə məşqə çıxdı - Şəkillər
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı
"İnter" rədd cavabı aldı
U-19 millimiz İslandiyaya qarşı
"Napoli" tarixində rekord xərc
Azərbaycan klubunun adı və loqosu dəyişdi
Raul "Bayer"in baş məşqçisi ola bilər
Lukakunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi
Xorxe Sampaoli sabiq klubuna qayıtdı
Portuqaliya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Gündoğan niyə "Qalatasaray"a keçib?
Aleksis Sançesin yeni klubu - Rəsmi
"Səbail" braziliyalı futbolçu aldı
"Qalatasaray" İlkay Gündoğanın transferini açıqladı