Yaya Ture rəsmən Çin klubunda

Yaya Ture rəsmən Çin klubunda
DÜNYA FUTBOLU 3 İyul 2019 / 14:59 2553
-  A +

"Barselona" və "Mançester Siti"nin sabiq futbolçusu Yaya Turenin “Çindao Haynyu” klubuna keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Turenin son klubu “Olimpiakos” olub. Kot-d-İvuarlı oyunçu ötən ilin dekabrında Yunanıstan təmsilçisindən ayırılıb.

Qeyd edək ki, Turenin hazırkı klubu “Çindao Haynyu” Çinin 2-ci divizionunda çıxış edir.


Son xəbərlər