"Çelsi" Kovaçiçi birdəfəlik aldı

"Çelsi" Kovaçiçi birdəfəlik aldı
DÜNYA FUTBOLU 1 İyul 2019 / 20:30 3076
-  A +

"Çelsi" müqavilə ilə "Real"a məxsus olan Mateo Kovaçiçi birdəfəlik alıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm London təmsilçisində icarə əsasında oynayan xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı "Çelsi"nin 25 yaşlı oyunçu üçün Madrid klubuna 45 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Kovaçiç ötən mövsüm 51 matçda 2 qolun ötürməsini verib.


Son xəbərlər