“Gec, ya tez, “Barselona”ya qayıdacam" - Qvardiola

“Gec, ya tez, “Barselona”ya qayıdacam" -  Qvardiola
DÜNYA FUTBOLU 28 İyun 2019 / 11:17 3959
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın prezidenti olacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunların yalnız şaiyə olduğunu, belə bir istəyinin olmadığını deyib:

“Gec, ya tez, “Barselona”ya qayıdacam, amma prezident olaraq deyil. Bunu unudun. Prezident olmaq üçün fərqli xüsusiyyətlərə sahib olmalısız. Mən sadəcə yaxşı bir məşqçi olmağa çalışıram".

Qeyd edək ki, həm futbolçu, həm də məşqçi karyerasına "Barselona"da başlayan Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda