Millimizə şok zərbə - final görüşünə çıxmayacaq

Millimizə şok zərbə - final görüşünə çıxmayacaq
GÜLƏŞ 27 İyun 2019 / 18:42 8884
-  A +

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.

Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın