Argentina növbəti mərhələdə - Amerika kuboku

Argentina növbəti mərhələdə - Amerika kuboku
DÜNYA FUTBOLU 24 İyun 2019 / 00:58 6164
-  A +

Amerika kubokunda 3-cü turun oyunları davam edir.

Qol.az xəbər verir ki, artıq B qrupunda da mübarizəyə yekun vurulub. Son turda Qətər millisini 2:0 hesabı ilə məğlub edən Argentina yığması 4 xalla qrupda 2-ci pilləni tutaraq, adını "pley-off"a yazdırıb və Venesuelaya rəqib olub.

Digər oyunda isə Paraqvaya minimal hesabla qalib gələn Kolumbiya millisi maksimum nəticə ilə növbəti mərhələyə adlayıb. Onların "pley-off"dakı rəqibi isə hələ bilinmir.


Amerika kuboku

B qrupu, 3-cü tur

23 iyun

Qətər - Argentina - 0:2
Qollar:
L. Martines, 4, S. Aquero, 82

Kolumbiya - Paraqvay - 1:0
Qol:
Q. Kuelya, 31


Qeyd edək ki, daha əvvəl A qrupunda mübarizə aparan Braziliya və Venesuela yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı