"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu
DÜNYA FUTBOLU 24 İyun 2019 / 00:24 9066
-  A +

"Düşünürəm ki, "Qarabağ"la oyun daha çətin keçəcək".

Qol.az xəbər verir ki, bu sözləri "Krayova" klubunun hücumçusu Karlos Fortes Avstriya toplanışı çərçivəsində "Orenburq"la yoxlama oyunundan (1:1) sonra Rumıniya mətbuatına açıqlamasında deyib. "Qarabağ"la keçirəcəkləri hazırlıq matçından danışan portuqaliyalı forvard Ağdam klubunu yaxşı tanıdığını bildirib:

"Qarabağ" ötən mövsüm Avroliqada "Sportinq"ə qarşı oynayıb. Yaxşı komanda olduğunu bilirəm. Ağır oyun olacaq. Amma bizim də yaxşı komandamız var. Qalib gələ bilə bilərik".

Qeyd edək ki, "Qarabağ" - "Krayova" oyunu iyunun 25-də keçiriləcək. Ağdam təmsilçisi Avstriyadakı ilk sınağında Bolqarıstan çempionu "Ludoqorets"ə 0:2 hesabı ilə uduzub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı