Emil qol buraxmadı, "Tobol" liderə çatdı

Emil qol buraxmadı, "Tobol" liderə çatdı
DÜNYA FUTBOLU 23 İyun 2019 / 18:58 4350
-  A +

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu tur evdə "Okjetpes"lə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Start heyətdə meydana çıxan Emil qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, "Astana"nın uduzmasından sonra "Tobol" bu qələbə sayəsində liderlə xallarının sayını bərabərləşdirib. Hazırda hər iki komandanın 35 xalı var.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord