Cüdoçularımızdan Avropa oyunlarına uğursuz start - yeddisi birdən uduzdu

Cüdoçularımızdan Avropa oyunlarına uğursuz start - yeddisi birdən uduzdu
CÜDO 22 İyun 2019 / 17:10 3348
-  A +

Belarusda keçirilən II Avropa oyunlarında cüdo yarışlarına start verilib.

Qol.az xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb. 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.

Qadınların yarışında isə 48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə mübarizə aparan İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib. 52 kq-da yarışan Gültac Məmmədəliyeva isə ilk iki görüşündə finlandiyalı Katri kako və belçikalı Şarlin Van Sniki məğlub etsə də, 1/4 finalda Aqata Perentslə (Polşa) bacarmayıb. Buna baxmayaraq, o, təsəlliverici görüşə vəsiqə qazanıb. Ancaq orada da italiyalı Odetta Quiffrida uduzan Məmmədəliyeva bürün medal qazanmaq şansını itirib.

Beləliklə, ilk yarış günündə tatamiyə çıxan 7 cüdoçumuzun hamısı medalsız qalıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord