Millimizin üzvü üçün yarım milyonluq təklif

Millimizin üzvü üçün yarım milyonluq təklif
ÖLKƏ FUTBOLU 20 İyun 2019 / 17:30 7288
-  A +

Milli komandamızın üzvü Eddi İsrafilov bu yay çıxış etdiyi "Alkorkon" klubundan ayrıla bilər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu Meksikanın "Atletiko San-Luis" klubundan təklif alıb. Yeni mövsümdən elitada oynayacaq klubun Eddi üçün 500 min avro transfer məbləği ödəməyə hazır olduğu bildirilir. İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan "Luton" komandasının da maraqlandığı iddia olunur.

Qeyd edək ki, ötən ilin yanvarından "Alkorkon"da oynayan Eddinin klubu ilə hələ 1 illik müqaviləsi var.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı