Paraqvay qələbəni əldən verdi - Amerika kuboku

Paraqvay qələbəni əldən verdi - Amerika kuboku
DÜNYA FUTBOLU 17 İyun 2019 / 00:56 5073
-  A +

Amerika kubokunda qrup mərhələsinin birinci turunun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, C qrupundakı ikinci matçda ilk dəfə turnirə dəvət alan Qətər millisi Paraqvay seçməsi ilə qarşılaşıb. Cənubi Amerika təmsilçisi hesabda 2 top fərqi ilə önə çıxsa da, əzmkarlıq göstərən ərəblər geridönüş edə biliblər - 2:2. Beləliklə komandalar Amerika kubokuna 1 xalla başlayıblar.

Qeyd edək ki, C qrupuna 3 xalı olan Kolumbiya millisi başçılıq edir. Qətər və Paraqvay hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Sonuncu sıradakı Argentina yığmasının isə xalı yoxdur.

Son xəbərlər