2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər komandanın formasını geyinəcək.
Sadiqin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Kamal Mirzəyevlə müqavilə imzalayıb.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı