Bu dəfə heç-heçə

Bu dəfə heç-heçə
ÖLKƏ FUTBOLU 13 İyun 2019 / 15:35 2519
-  A +

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz sözügedən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

Qeyd edək ki, yığmamız dünən keçirilən ilk oyunda eyni rəqibə 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı