Qəbələdən "Real"a gedən yol - Fariz Nəcəfov, Luka Yoviç...

Qəbələdən "Real"a gedən yol - <b style="color:red">Fariz Nəcəfov, Luka Yoviç...</b>
ÖLKƏ FUTBOLU 13 İyun 2019 / 14:39 5867
-  A +

"Real"ın yeni transferi Luka Yoviç ölkəmizdə medal qazanıb.

Qol.az "azerisport"a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2012-ci ildə Serbiyanın U-15 komandası ilə "Gabala Cup" turnirinin iştirakçısı olub. Finala qədər irəliləyən serblər həlledici qarşılaşmada "Qalatasaray"la qarşılaşıblar. Yoviç həmin matçda qol vursa da, bu, onun komandasını məğlubiyyətdən xilas etməyib. Türklərə uduzan Serbiya yığması ikinci yerlə kifayətlənməli olub. Gümüş medalçılara mükafatları "Qəbələ"nin o vaxtkı vitse-prezidenti (hazırkı prezidenti) Fariz Nəcəfov və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Qeyd edək ki, həmin turnirdə "Qarabağ", "Feyenoord", "Levante", "Vilyarreal" və "Bröndbü" kimi klubların aşağı yaş qrupu üzrə komandaları da iştirak ediblər.








Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
20.06.19  19:24

Adebayor göndərildi

20.06.19  16:11

"Real"dan "Atletiko"ya

19.06.19  20:45

Mata qaldı

19.06.19  18:35

Emil üç qol buraxdı