"Gül kimi azərbaycanlı məşqçi vardı - Qurban Qurbanov. “Qarabağ”ı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər".
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.
O, Azərbaycan futbolunun inkişafsızlığını ölkədə özəl sektorun olmaması ilə əlaqələndirib: "Əslində idmana, futbola bu qədər pul ayrılması məsələsi müəyyən qədər düz deyil. Çünki futbolun, idmanın özü pul qazanmalıdır. İdmana pul ayırmaq işi özəl sektorun üzərinə qoyulmalıdır. Bizdə özəl sektor olmadığına, insanlar bu sahəyə yatırım qoymadığına görə futbol da inkişaf etmir".
Millət vəkili binaların həyətlərində və bəzi məktəblərdə meydançaların olmamasının da futbola ciddi təsir göstərdiyini bildirib: "Burada söhbət təkcə futboldan getmir. Hamının diqqəti futbol üzərində cəmlənib. Söhbət ondan gedir ki, yeni və plansız tikilən binaların heç birinin həyətində uşaqların futbol oynaya biləcəyi meydança yoxdur. Buradan uşaq necə yetişə bilər? Heç bir məktəbin üzgüçülük hovuzu yoxdur, nə də ki pulsuz fəaliyyət göstərən üzgüçülük hovuzları. Məktəblərdə standart meydançalar yoxdur. Axı, bütün bunların təməli məktəbdən başlayır".
Fazil Mustafa ölkədə sadəcə, futbolun deyil, bir çox olimpiya səviyyəli idman növünün də xeyli geridə qaldığını deyib: "Digər tərəfdən ölkədə guya həndbol var, basketbol var? Bunlar yoxdursa, bu o deməkdir ki, ölkədə bu sahədə sistemli bir planlaşdırma işi mövcud deyil. Ona görə də birinci iş sferasını gücləndirmək lazımdır ki, onlar futbola yatırım etsinlər. Çünki futbol təkcə idman deyil, həm də biznesdir. Biznes mühiti olmadığına görə futbol da inkişaf etmir. Nə birinci liqada, nə də ki divizionda. Burada da keyfiyyətli futbolçu olmadığına görə hardan adam tapıb oynadacaqlar? Braziliyadan 20 nəfər gətirib milliləşdirməyəcəklər ki. Xarici məşqçi məsələsi də düşündürücüdür. Gül kimi azərbaycanlı məşqçi vardı - Qurban Qurbanov. Qarabağı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər".
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1:5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var (yeniavaz.com).
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"