Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin Slovakiya ilə sabahkı oyunuöncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, əvvəlcə matçla bağlı fikirlərini bölüşən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə onu deyim ki, iki oyun arasında vaxt çox az oldu. Bundan öncəki matçda qeydə alınan nəticə hamımızı məyus etdi. Lakin dünənki məşqimiz yaxşı keçdi. Oyunçularla çoxlu söhbət etdim. Çətin oyun olacaq. Çümki rəqib yaxşı komandadır. Oyunçuları Avropanın yaxşı klublarında çıxış edir. Bu da onların keyfiyyətindən xəbər verir. Bu oyun bizim üçün çox önəmlidir.
- Millinin uğursuzluqlarına görə, sabah azarkeşlər stadionda AFFA rəhbərliyini istefaya səsləmək istəyirlər. Yəqin, belə bir hal yaşanarsa, bu, futbolçulara da ciddi təsir edəcək. Bunun yaşanmaması üçün sabah yaxşı nəticə ilə bağlı söz verə bilərsinizmi?
- Mənim bu məsələdən geniş məlumatım yoxdur. Öz tərəfimdən yalnız onu söz verə bilərəm ki, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. İlk dəqiqədən final fitinə qədər mübarizə aparacağıq.
- Macarıstana məğlub olduğunuz oyundan sonra AFFA prezidenti paltardəyişmə otağına girib, futbolçulara irad bildiribmi? Ümumiyyətlə, hər hansı görüş olubmu?
- Bu suala qısaca cavab verə bilərəm ki, həqiqət deyil. Nə görüş olub, də paltardəyişmə otağına gəlib. Bəlkə sabahkı oyundan sonra görüşümüz ola bilər. Son iki matçı müzakirə edə bilərik.
- Millimiz sabah üzümüzü güldürə biləcəkmi?
- Ümid edirəm ki, müsbət nəticə olacaq. Gəlin bir fakta nəzər salaq: oyundan qabaq kimsə desəydi ki, macarlara məğlub olacağıq, inanmazdım. Reytinqimizə baxaq, 108-ci yerdəyik. Qələbə də qazana, heç-heçə də edə bilərik. Hətta məğlubiyyət də mümkündür. Futbolçularımız meydanda əlindən gələni edirsə, onları qınaya bilmərəm. Sabahkı oyunla bağlı nikbinəm. Rəqibdən asılı olaraq, təhlil də dəyişir. Qələbə üçün əlimizdən gələni edəcəyik.
- Yəqin, Macarıstanla oyunu analiz etmisiniz. Səhvlər nələr və yaxud kimlərdə idi?
- Dünən oyunu təhlil etdik, futbolçularla qısa müzakirəmiz oldu. Çünki vaxtımız çox azdır. Bəzi epizodlardan razı, bəzilərindən narazı qaldım. Komandanın bəzi hallarda topa sahib olması, kompakt şəkildə oynaması yaxşıdır. Amma rəqib qapısı qarşısında çox təhlükəli deyildik. Standart vəziyyətlərə də hazırlaşmışdıq. Sadəcə, alınmadı.
- Adətən qalib heyəti dəyişmirlər. Sabah məğlub heyətdə dəyişiklik görə biləcəyik? Xüsusilə Rahil Məmmədovun səhvləri çox müzakirə olundu...
- 3 gündən bir oynamaq azərbaycanlı futbolçular üçün elə də asan deyil. Buna öyrəşməyiblər. Yorğunluq var, amma zədəli yoxdur. Dəyişiklik olacaq. Amma ad çəkməyəcəyəm. Son məşqdən sonra bilinəcək. Macarıstana qarşı çətin oyun oldu. Qət olunan məsafə baxımından rəqibdən geri qalmırdıq. Geri qaldığımız yeganə məqam nəticə idi.
- Hər dəfə döyüşmək ifadəsini işlədirsiniz. Azarkeşlərə isə yaxşı futbol və nəticə oynamaq lazımdır. Bunlar nə vaxt olacaq?
- Artıq 40 ildir futbolun içindəyəm. Hər kəs mübarizə aparan oyunçuları sevir. Razıyam, futbol oynamaq da önəmlidir. Ancaq həqiqət budur ki, futbol oyununda siz tək deyilsiniz, rəqib də var. Rəqibin güclü olması işinizi daha da çətinləşdirir.
- Yığma üzvləri lazımi anda niyə qapıya zərbə vurmurlar? Bu sizin tapşırığınızdır?
- Bu, taktiki tapşırıq deyil. Daha çox tənqid olunan məqamlardan biri də bu idi. Oyunçularımız məşqlərdə çox zərbə vururlar, amma oyunda bunu izləyə bilmirik. Futbolçularımızın rəqibin cərimə meydanında təhlükəli olmasını istəyirik.
Bayılda vurulan 5 qol - Video
"Motivasiyanı saxlaya bilmirik" - Elvin Məmmədov
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
"Sumqayıt" böyük hesabla "Səbail"ə qalib gəldi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Əvəzedicilər Liqasının çempionu bilindi
"Liverpul" "Bavariya"nı ötdü
"Komo" onu "Barselona"dan birdəfəlik alır
"Səbail" - "Sumqayıt" matçı üçün - Heyətlər
"İmişli" mövsümü qələbə ilə bitirdi
"Real" üçün şad xəbər
1-ci liqa üçün pley-off matçının vaxtı açıqlandı
"Uğuru bu yolun davamında görürəm" - Fernandu Santuş
Santuş Azərbaycan millisinin heyətini açıqladı
"Qarabağ" Braziliyaya 2 qızıl medal göndərəcək
Millimiz İngiltərəyə qalib gəldi
Avroliqada mövsümün ən yaxşıları məlum oldu
"Bayer"ə "hə" dedi
Raulu Arbeloa əvəzləyir
"Real" Ançelottinin gedişini açıqladı - Rəsmi
Neymar gələcəyi haqda
"Barselona" Yamalla yeni müqavilə imzalayacaq
UEFA medal qalmaqalına görə üzr istədi
Toral Bayramovun qolu Avroliqanın "10-luğ"unda - Video
Deko "Barselona"nın hədəflərini açıqladı
"Xankəndi"nin baş məşqçisindən çempionluq şərhi
Kamal Umudlunun idarə etdiyi oyunda darmadağın
"Atletiko"da yeni müqavilə
İspaniya və Gürcüstandan qələbə, Argentina uduzdu - DÇ
Mingəçevirdə 3 qol və 1 "qırmızı" - Video
Avropa Liqasının rəmzi komandası bəlli oldu
"Barselona"da növbəti müqavilə - Rəsmi
2-ci liqada mükafatlandırma mərasimi keçirildi - Video
Region Liqasının çempionu oldular
"Qəbələ"nin böyükhesablı qələbəsindən - Video
Ten Haq "Bayer"ə razılıq verdi
AFFA Gənclər Liqasının qalibi bəlli oldu
Modriç də "Real"ı tərk edir
"Qarabağ" bu hücumçunu ala bilər
Nistelroy "Lester"dən gedir
Futzal üzrə Azərbaycan çempionu oldular
"Sabah" "Fənərbaxça" və "Başakşehir"lə eyni turnirdə