"İndi bilirsiniz ki, "Real"a keçirəm. Sirr deyil ki, uşaqlıqdan bu klubda oynamağı arzulayırdım. Artıq klublar öz aralarında keçidlə bağlı razılığa gəliblər. Yəqin, siz də başa düşürsünüz ki, arzularınızı gerçəkləşdirmək üçün şans yarananda yeni səhifə açmaq lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri ötən gün "Çelsi"dən "Real"a keçidi rəsmiləşən Eden Hazard şəxsi "Feysbuk" səhifəsində yazıb. London klubundakı 7 illik karyerasından sonra "zadəganlar"ı tərk edən belçikalı yarımmüdafiəçi komandası ilə vidalaşıb:
"Çelsi"dən getmək karyeramda ən böyük və ən çətin qərar oldu. İndi rəsmi şəkildə bəyan etmək istəyirəm ki, buradakı hər anımdan zövq almışam və heç vaxt başqa kluba getmək haqda düşünməmişəm. Bu komandaya cəmi 21 yaşım olanda gəlmişəm. Burada hamınız ilə birlikdə həm kişi, həmdə oyunçu kimi böyüdüm. Siz mənə Belçika millisinin kapitanı olmağa kömək etdiniz. Əlbəttə, çətin vaxtlarımız da oldu. Amma mənim üçün futbol top ayağımda olarkən aldığım zövqdür. Məşqçidən məsləhət istəyənlər üçün tövsiyyəm budur ki, sadəcə, futbol oynayın və həzz alın!".
Hazard daim ona dəstək olan yerli azarkeşlərə də təşəkkür edib: "Hətta pis oynadığımız vaxtlarda belə inanılmaz dəstəyinizə görə ən yaxşısını etməyə çalışdım. Döyüşçü ruhu, ehtiras və uduzmamaq arzusu "Çelsi" mədəniyyətinin bir parçasıdır. Bu isə birbaşa sizdən qaynaqlanır.
"Çelsi"dəki xüsusi anları xatırlayıram. Onlar o qədər çoxdur ki... Qazandığımız bütün titulları saya bilmərəm. Sadəcə onu deyə bilərəm ki, istər komanda, istərsə də fərdi şəkildə əldə etdiyimiz istənilən uğur inanılmazdır".
Nə vaxtsa pivə içəndə fəxrlə "Kristal Pelas"la çempionluq oyununda qaçırdığım penalti, əlavə vaxtda başla vurdğum qol, "Tottenhem", "Arsenal" və "Liverpul" kimi komandaların qapısından keçirdiyim topları müzakirə edə, gülə bilərəm.
Bizim çoxlu əla oyunçumuz var. İngiltərə kuboku, Liqa kuboku, Avropa Liqası və Premyer Liqanı bir ailə kimi qazanmışıq. Onların hər biri özəldir. Əlbəttə ki, bir neçə gün öncə Bakıdakı oyun dünya çempionatından sonra bu uzun və ağır mövsümü başa vurmaq üçün ideal yol oldu. Çelsi", xüsusilə də azarkeşlər hər zaman mənim üçün özəl olaraq, qalacaqlar".
28 yaşlı futbolçu sonda klubun sahibi Roman Abramoviç olmaqla, rəhbərliyə minnətdarlığını bildirib: "Getməzdən əvvəl bir daha klubdakı hər kəsə böyük səylərinə görə "sağ ol" deyirəm. Həmçinin klubun sahibi Roman Abramoviç və onun idarə heyətinə təşəkkür edirəm ki, mənim bir yox, iki arzumu həyata keçirməyimə - əvvəl "Çelsi"nin, bu gün isə "Real"ın oyunçusu olmağıma kömək etdilər".
Qeyd edək ki, Hazard "Real"la 5 illik müqavilə imzalayıb.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir