UEFA Avropa liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakıda keçirilən oyuna baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Prosesin rahat və daha tez olması məqsədilə Dövlət Agentliyi tərəfindən öncədən “ASAN Viza” sistemində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilib. Belə ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün www.evisa.gov.az portalına “Europa League Final” seçimi əlavə edilərək həm finala gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahat viza əldə etmələri təmin edilib, həm də statistik hesabatların və təhlillərin düzgün aparılması yerinə yetirilib.
Hazırlıqlar ərəfəsində, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” terminallarının və xidmət pəncərələrinin sayı iki dəfədən çox artırılaraq 44-ə çatdırılıb. Əcnəbilərin Gürcüstandan da Azərbaycana səfər edə biləcəklərini nəzərə alaraq Sınıq Körpü və Sadıxlı sərhəd keçid məntəqələrində “ASAN Viza” xidmət pəncərələrinin fəaliyyəti təmin edilib.
Eyni zamanda vurğulamaq lazımdır ki, hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb.
UEFA Avropa Liqası finalı üçün ölkəmizə səfər edən əcnəbilərin elektron viza haqqında məlumatlandırılmalarını təmin etmək məqsədilə AFFA, UEFA, "Çelsi", "Arsenal" və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi ilə əməkdaşlıq aparılıb və bu istiqamətdə bir sıra işlər görülüb.
UEFA Avropa Liqasının Bakı finalında iştirak etmək üçün ”ASAN Viza“ sistemi vasitəsilə 117 fərqli ölkədən olan əcnəbi vətəndaşa viza verilib. Final oyunu üçün əldə edilən vizaların 42%-i son 10 gündə verilib. (Report)
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
"Arsenal" böyük klubların hücumçuları ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Yüksək Liqada 10-cu turun oyunları keçirildi
Fransa klubu baş məşqçisini istefaya göndərdi
"Lənkəran" klubunun şikayəti təmin edilmədi
Komanda uduzdu, azarkeşləri stadionu yandırdı
Təxirə salınan oyunla bağlı qərar açıqlandı
“Neftçi”nin sabiq futbolçusu yenidən Rusiya klubunda
Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia
Millini Rafael Markes çalışdıracaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Oğlum Yadullanın müsibəti heç belə olmamışdı"
Misli Premyer Liqasında həftənin hakimləri
Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Rui Patrisiu karyerasını başa vurdu
“Real” Xabi Alonsonu istefaya göndərmir
"Əvəzetmələrə qarışmasam, yaxşı olar" - Elvin Cəfərquliyev
Azərbaycanın üç boksçusu dünya çempionatının yarımfinalında