Hasan Şaşa ağır cəza

Hasan Şaşa ağır cəza
DÜNYA FUTBOLU 30 May 2019 / 19:20 5078
-  A +

“Qalatasaray”ın məşqçisi Hasan Şaş Türkiyə Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb.

Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Fatih Terimin əsas köməkçilərindən olan Hasan Şaş 8 oyunluq cəzalandırılıb.

Buna səbəb məşqçinin “Başakşəhər”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda idmançıyaa yaraşmayan hərəkətlərə yol verməsi, stadionun təhlükəsizlik xidmətinin əməkdaşına qarşı zor tətbiq etməsi, təhqiredici ifadələr işlətməsi olub. Hasan Şaş həmçinin, 31200 lirə cərimə olunub.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun