Superliqa klubunda baş məşqçi dəyişikliyi

Superliqa klubunda baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 30 May 2019 / 18:40 3043
-  A +

Türkiyənin "Rizəspor" klubunda baş məşqçi dəyişikliyi olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Okan Burukla yolları ayırıb. Ötən ilin sentyabrından Qaradəniz klubunu çalışdıran mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

Klub prezidenti Hasan Kartal Türkiyə mətbuata açıqlamasında yeni baş məşqçinin adını söyləyib. O, İsmayıl Kartalla anlaşdıqlarını bildirib.

Qeyd edək ki, "Rizəspor" Superliqada mövsümü 11-ci pillədə başa vurub.

Son xəbərlər