Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qol.az “Azərtac”a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğulayıb, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
“Sumqayıt” 50-yə çatdı
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?
"Leyptsiq" azarkeşi oyundan əvvəl vəfat etdi
Maradonanın tarixi qolu üçün xüsusi sikkə buraxıldı
AFFA rəsmisinə UEFA-dan təyinat verilib
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı