Yenilənmiş Toyota Gəncə Mərkəzi istifadəyə verildi - Şəkillər

Yenilənmiş Toyota Gəncə Mərkəzi istifadəyə verildi - Şəkillər
XƏBƏR 29 May 2019 / 13:00 2608
-  A +

Ötən ay Gəncədə əlamətdar hadisələrdən biri Toyota Gəncə Mərkəzinin rekonstruksiyadan sonra fəaliyyətə başlaması oldu.  Azərbaycanın qərb və mərkəzi aran bölgəsində yaşayan vətəndaşlar artıq məşhur Yaponiya  brendinin təqdim etdiyi bütün fürsətlərindən yararlana biləcəklər.“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Gəncə Mərkəzi tam yenilənib.Mərkəzin satış salonu,servis xidməti və ehtiyat hissələri bölümü  yeni Toyota Avropa konseptinə uyğunlaşdırılıb.

Gəncə Mərkəzində Toyota-nın Corolla, Camry, C-HR, Land Cruiser Prado, RAV4, Land Cruiser 200, Fortuner, Hilux kimi modelləri öz sahiblərini gözləyir. Bu avtomobillər arasında “Corolla” və RAV4-ün yenilənmiş modelləri xüsusi ilə seçilir. Toyotanın Azərbaycan bazarına təqdim etdiyi bu yeni versiyalardakı müasir dizayn, artırılmış rahatlıq və təhlükəsizlik diqqəti cəlb edir. Təhlükəsizliki və zəmanət sözləri assosiasiya olunan Toyota yeni model və texnologiyaları işləyib hazırlayarkən “Toyota” ilk növbədə sürücünün həyat təhlükəsizliyi barədə düşünür. Məhz buna görədir ki, TSS (Toyota Safety Sense) texnologiyası xüsusilə uzaq səyahət zamanı qəza hallarının qarşısının alınması üçün daha təhlükəsiz idarəolunmanı təmin edir. Zərifliyi ilə göz oxşayan yeni nəsil “Corolla” əfsanəvi sedanın artıq 12-ci modelidir. Özündə komfort və rahatlığı birləşdirən premium keyfiyyətli interyer və 1,6 l həcmli mühərrik bu modeli uzaq məsafələrə səyahət zamanı yorğunluğun azaldan, asan idarə olunan avtomobilə çevirir. “Corolla”nın bütün əvvəlki modelləri kimi son modeli də yumşaq və erqonomik salonla, həmçinin,  yeni nəsil modellərdəki ağırlıq mərkəzinin daha aşağıda olması xüsusiyyəti ilə fərqlənir.

Öz sinfində hibdir mühərrikli yeganə model olan, yenilənmiş AWD sistemi ilə kompromislərə “yox” deyən RAV4 də öz alıcılarını gözləyir. Yeni 2.5 həcmli, 218 at gücünə malik hibrid mühərrik (ön ötürmə sistemli) və 222 at gücündə olan (tam ötürmə sistemli) mühərriklər benzin sərfiyyatına görə daha qənaətli (4,6 l/100 km) və ekoloji cəhətdən daha təhlükəsizdir (CO - 100 q/km). Çevikliyi, idarəetmədəki rahatlığı ilə yanaşı, öz sinfindəki avtomobillərlə müqayisədə əsas yük yerinin (580 litr) və salonun genişliyi səfərdən və avtomobilin idarə olunmasından zövq almağa imkan verir.

Yanacağı bilavasitə püskürmə sistemi ilə təchiz olunmuş yeni, 2.0 həcmli benzin mühərrikindən savayı bu model, səmərəlilik və güc nöqteyi-nəzərindən avtomobil istehsalında bir yenilikdir.

Gəncə Mərkəzində innovativ ruhu özündə əks etdirən bu iki yeni nəsil avtomobillərə və Toyota-nın digər modellərinə 3 il və ya 100,000 km eləcə də hibrid avtomobilinin hibrid komponentlərinə 5 il və ya 100,000 km zəmanət verilir. Mərkəzin servis xidməti ən müasir avadanlıqlarla təchiz edilib, yeni mütəxəssislər cəlb olunub və “Toyota” distribütoru tərəfindən sertifikatlaşdırılıb. Orijinal və zəmanətli ehtiyat hissələrini də mərkəzdə əldə etmək mümkündür.Servisdə görülən işlərə rəsmi olaraq 6 ay zəmanət verilir.Hazırda Toyota Gəncə Mərkəzində bir sıra endirim kampaniyaları mövcuddur.İndi Toyotanıza rəsmi servisdə qulluq edilməsi daha sərfəlidir. Mərkəz Gəncə-Şəmkir şosesi 1-ci km ünvanında yerləşir.Telefon: (+994) 22 259 25 25.

“ISR Auto”ya aid olan Toyota Gəncə Mərkəzi 2014-cü ildən “Toyota”nın Azərbaycanda rəsmi dileridir.Mərkəz bu ilin aprel ayından tam yenilənərək vətəndaşların ixtiyarına verilib.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı