Alleqri gələcəyi haqda danışdı - "Tələsmirəm"

Alleqri gələcəyi haqda danışdı - "Tələsmirəm"
DÜNYA FUTBOLU 27 May 2019 / 15:43 2423
-  A +

Mövsümün sonunda "Yuventus"la yollarını ayıran Massimiliano Alleqri gələcəyi haqda danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis işləməyə tələsmədiyini, hətta bir mövsüm istirahət edə biləcəyini söyləyib:

"Belə bir fürsət yaransa, işimə geri dönəcəyəm. Əks halda isə karyerama 1 il fasilə verə bilərəm. Hələlik heç bir təklifim yoxdur. Ona görə də bu barədə danışmaq mənasızdır".

Alleqri komandanın sükanı arxasına keçəcək yeni məşqçi haqda danışıb: "Kim gəlir-gəlsin, digərlərindən daha güclü olacaq. 90 faiz yenə komandaya çempionluq qazandıracaq".

Qeyd edək ki, Alleqri 2014-cü ilin yayından "Yuventus"u çalışdırırdı.

Son xəbərlər