Alleqri "Milan"a qayıdır?

Alleqri "Milan"a qayıdır?
DÜNYA FUTBOLU 25 May 2019 / 20:16 3530
-  A +

Mövsümün sonunda Cennaro Qattuzo ilə yollarını ayıracağı gözlənilən "Milan" onun əvəzləyicisini tapıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Milan şəhərinin eyniadlı təmsilçisi sükanı yenidən sabiq çalışdırıcısı Massimiliano Alleqriyə həvalə etmək niyyətindədir. Hətta klubun icraçı direktoru İvan Qazidisin bu yaxınlarda təcrübəli mütəxəssislə görüşüb, fikrini öyrəndiyi iddia olunur. Görüşün digər detalları barədə isə hələlik məlumat verilmir.

Qeyd edək ki, mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayan Alleqri 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb.

Son xəbərlər