Ruslan "Visla"dan cavab gözləyir - "Vətəndaşlığımı dəyişmək istəmirəm"

Ruslan "Visla"dan cavab gözləyir - "Vətəndaşlığımı dəyişmək istəmirəm"
ÖLKƏ FUTBOLU 23 May 2019 / 13:50 5674
-  A +

Mövsümün sonunda "Səbail"dən ayrılan Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək.

Bu barədə Qol.az-a açıqlamasında futbolçu özü məlumat verib. 27 yaşlı hücumçu menecerinin Polşadan "Visla" və Rusiya birinci liqasından bir klubla danışıq apardığını bildirib:

"Hələ ki, dincəlirəm. Konkret təkliflərim olmasa da, danışıqlar davam edir. Bəzi ölkələrdə mövsüm yenicə başa çatıb. Bəzilərində isə hələ davam edir. Ona görə də bir az gözləmək lazımdır. Heç yerə tələsmirəm. Rusiya birinci liqasında və Polşa "Visla"sında oynamaq variantım var. Hazırda iki klubdan cavab gözləyirəm".

Rusiya Premyer Liqasında oynamasının çətin olduğunu söyləyən Ruslan buna görə vətəndaşlığını dəyişmək istəmədiyini söyləyib: "Premyer Liqada çıxış etmək mənim üçün çətin olar. Çünki orada legioner sayılıram. Buna görə isə Azərbaycan vətəndaşlığından imtina etmək fikrim yoxdur. Bura mənim ikinci evimdir. Bu ölkənin mənə verdiklərini hər zaman qiymətləndirmişəm və bundan sonra da belə olacaq".

Daha çox


Son xəbərlər