Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı

Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı
DÜNYA FUTBOLU 22 May 2019 / 18:43 3974
-  A +

Mövsümün sonunda "Başakşəhər"lə müqavilsi başa çatacaq Əmrə Bəlözoğlu yenidən "Fənərbaxça"da çıxış edə bilər.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, 38 yaşlı yarımmüdafiəçinin "sarı-lacivərdli" komandaya qayıtması gündəmdədir. "Başakşəhər"in prezidenti Göksel Dümüşdağ da yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib:

"Əmrə 1 il "Fənərbaxça"da oynayıb, futbolla orada vidalaşmaq istəyir".

Qeyd edək ki, Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.

Son xəbərlər