"Çelsi" və "Arsenal" rəsmiləri Bakıda

"Çelsi" və "Arsenal" rəsmiləri Bakıda
ÖLKƏ FUTBOLU 13 May 2019 / 14:05 2276
-  A +

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi