Peşəkar Futbool Liqasının prezidenti Ramin Musayev müsahibəsində bu gün Azərbaycan Premyer Liqasınının mövsümdə sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib:
– Son günlərdə “Neftçi” – “Qarabağ” matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdür, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq.
– Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdir, intriqadır?
– Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.
– “Qarabağ” tərəfi sakitdir, amma “Neftçi” rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb…
– Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün “Qarabağ”ı qəbul edən tərəf “Neftçi”dir. Cavabdeh də onlardır. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldır. Burada qeydi-adi heç nə yoxdur. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin “facebook”da bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərar gəldik ki, oyun “Bakcell Arena”da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdır. Bu, futbolun bir marağıdır. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən “Neftçi”də işləyəndə azarkeş sayına görə rekord qırdıq. Ölkə kubokunun 1/4 finalı olsa da, “Xəzər Lənkəran”la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, bir-birilərini oyunlarına dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonra dəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu həmişə qarşılıqlı olub.
– “Neftçi” rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?
– Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, ya yox?
– Hər halda Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil…
– Bilirəm, amma bu oyuna olan maraq heç də final matçından geri qalmır.
– İstənilən halda bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdur…
– Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdur.(yenicag.az)
"Qələbəyə çox inanırdım" - Azər Bağırov
"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
"Sumqayıt" 1/4 finala belə adladı - Video
"Kəpəz", "Sumqayıt" və "Qəbələ" 1/4 finalda
"Cəzam çox ağırdır, çünki heç kimi öldürməmişəm" - Saşa İliç
Messi Finalissimada oynayacaq, ya yox?
Emre Belözoğlu yenidən Superliqada
“Real”dan "Neqreyra işi" ilə bağlı ciddi addım
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qəbələdə vurulan qollar - Video
Sumqayıtda heyətlər açıqlandı
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
"Mövsümün sonuna kimi yatmaq yoxdur" - Kaxaber Tsxadadze
Belarus millisinin baş məşqçisi istefaya göndərildi
2030-cu ilə qədər Serbiya millisində
Emeri yeni rekordçu oldu
"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxdı
"Seltik" ona tapşırıldı
Azərbaycanda futbolçuya 14 oyunluq cəza verilib
"Sabah"ın sabiq baş məşqçisindən yeni xəbər
"Qəbələ" - "Şəfa": Heyətlər açıqlandı
AFFA Saşa İliç və Ayxan Abbasovu cəzalandırdı
Şota Arveladze istefaya göndərildi
Juninyonun transferinə görə bu klub "Qarabağ"a rəqib oldu
"Bəlkə məni tez yola salmaq istəyirlər?" - Bədavi Hüseynov
Arda 5 matçdan sonra ehtiyatda qaldı - Alonsodan münasibət
Merih Demiralla müqavilə uzadıldı
Neymar bu dəfə het-trik etdi
Juninyo Braziliya çempionu oldu
"Çelsi"dən gözlənilməz məğlubiyyət, "Liverpul" xilas oldu
"İnter", "Napoli" və "Atalanta" 1/4 finalda
“Trabzonspor” Türkiyə kubokunun növbəti mərhələsində
"Real" "Atletik"ə böyük hesabla qalib gəldi
Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı